Gizlilik Siyasəti

“Audiokitab” tətbiqi “Audiokitab” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılıb.
Bu bəyanatda “biz” və ya “bizə” kimi istinad edilir.
Tətbiqə “Audiokitab” Məhdud Məsuliyyətli Cəmiyyəti ev sahibliyi edir və tətbiq bizim üçün idarə olunur. Biz sizin gizliliyinizin qorunmasında məsuliyyətliyik və bu bəyanat sizin tətbiqdən istifadə müddətində haqqınızda topladığımız şəxsi məlumatlarınızı özündə birləşdirir. Gizlilik siyasətimizdə ediləcək hər hansı bir dəyişiklik bu səhifədə yerləşdiriləcək. Siz aşağıda göstərildiyi kimi şəxsi məlumatlarınızı bizə təqdim etdikdə, onların göstərilən yollarla bizim tərəfimizdən istifadəsinə razılıq verirsiniz. Toplanılan məlumatın hansı məqsədlə istifadə olunacağı aşağıda göstərilmişdir.

“Audiokitab” tətbiqi təqdim etdiyiniz məlumatlardan fəaliyyət məqsədilə istifadə edir.
Məlumatlar istifadə etdiyiniz tətbiq tərəfindən mobil cihazınıza yerləşdirilən kiçik mətn fayllarıdır. Onlardan tətbiqin fəaliyyəti və unikal istifadəçilərin tətbiqi nə cür istifadə etdiklərinə görə ayırmaq üçün geniş istifadə olunur. Toplanmış məlumatlar anonimdir və heç bir şəxsi məlumat təşkil etmir. Məlumatlardan tətbiqdə yerləşdirilən hansı materiallara istifadəçilərin daha çox marağının olduğunu müəyyən etmək fəaliyyəti məqsədilə istifadə edilir. Tətbiq həm də istifadəçilərin haradan daxil olduğunu və tətbiqin ən çox hansı hissələrindən istifadə etdiyini yoxlamaq üçün Google Analytics-dən və Applestore-dən istifadə edir. Bu, sizin tətbiqdən istifadə etdiyiniz zaman təcrübənizin artmasında inkişafa kömək edir. Google Analytica və Applestore tətbiqə daxil olanlar haqqında şəxsi məlumatlar toplamır.

Şəxsi məlumatlar:
Biz sizin könüllü razılığınız olmadan şəxsi məlumatlarınızı (e-mail və facebook ünvanı) toplamırıq.
Bu məlumatlarla nə edə bilərik:
Əgər siz bizi şəxsi məlumatlarınızla təmin etsəniz, biz onlardan sizin maraq və şikayətlərinizin aydınlaşdırılması məqsədilə istifadə edəcəyik. Biz onlardan Sizi zaman-zaman tətbiqimizdə olan dəyişikliklər, yeni məhsullar, sayt və xidmət yenilikləri və xüsusi təkliflər barədə məumatlandırmaq üçün istifadə edə bilərik. Həmçinin yüklədiyiniz kitabları cihazınızdan sildiyiniz halda və ya mobil cihazınızı dəyişdiyiniz halda bu məlumatlar həmin kitabların bərpasında istifadə olunacaqdır. Bizim tətbiqimizdən hər hansı linki tıklayaraq keçid etdiyiniz digər tətbiq bə saytlarda daha az gizlilik siyasəti aparılır. Biz onların siyasətini idarə etmirik və sizi gizlilik bəyanatını oxumadan şəxsi məlumatlarınızı təqdim etməməyə çağırırıq.

Aşağıdakı məlumatları yığa bilərik:
Qoşulma vaxtı və tarix; İstifadəçi tərəfindən istifadə edilən cihaz, əməliyyat sistemi və mobil platforma haqqında ətraflı məlumat; Istifadəçinin IP ünvanı; İstifadəçi tərəfindən “audiokitab” tətbiqinə çatmaq üçün istifadə edilən axtarış termini.

Qeyri-şəxsi məlumatlar:
Biz sizin haqqınızda şəxsi olmayan məlumatları toplaya bilərik (məsələn, istifadə etdiyiniz internet brauzer və ya mobil platforma) Bu məlumatı necə əldə edə bilərik: Biz bu məlumatları sizin mobil cihazınızda saxlanılan kukilər vasitəsilə əldə edə bilərik. Biz avtomatik olaraq məlumatı toplamırıq, lakin avtomatik toplanmış məlumatı sizin daha əvvəl təqdim olunan şəxsi məlumatlarınızla əlaqələndirə bilərik.

İnformasiya Təhlükəsizliyi tədbirləri:
Sizin məlumatlarınızı zərərdən, sui-istifadədən və dəyişdirilmədən qorumaq üçün lazımlı tədbirləri həyata keçiriləcək